BMT-nin Beynəlxalq Məhkəməsi: Ukrayna ilə yanaşı digər üç ölkə də Rusiyanı soyqırımında ittiham edir

2022-07-29 19:55:00

BMT-nin Beynəlxalq Məhkəməsi: Ukrayna ilə yanaşı digər üç ölkə də Rusiyanı soyqırımında ittiham edir

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, BMT-nin Beynəlxalq Məhkəməsi (ICJ)  Litva, Latviya və Yeni Zelandiyanın Kiyevin Rusiyanın Ukrayna xalqına qarşı soyqırımı törətdiyi ilə bağlı müraciətini dəstəkləməyə hazır olduğunu bildirdiklərini bəyan edib. Məhkəmə xatırladıb ki, maraqlarına toxunulan ölkələr başqa dövlətlər arasındakı məhkəmə proseslərinə qoşula bilərlər.

BMT-nin Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının (9 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasının 260 (III)A Qətnaməsi ilə qəbul olunub, 12 yanvar 1951-ci ildə qüvvəyə minib) iştirakçısı olan üç dövlət Ukraynanın müraxiətinə qoşulmağa hazır olduqlarını bildiriblər.

Məhkəmə prosesində iştirak eləmək hüququ almış ölkələr dinləmələrdə iştirak edə, qeydlərini bildirə və tələblər irəli sürə bilərlər.

BMT-nin Beynəlxalq Məhkəməsi Rusiya ilə Ukraynadan yuxarıda adları çəkilən üç ölkənin müraciəti ilə bağlı mövqelərini bildirməyi tələb edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.088506