BMT-nin Baş katibi müqəddəs kitabın yandırılmasına etirazını bildirdi
2023-01-23 23:50:00

Hurriyyet.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş Stokholm şəhərində müqəddəs Quran kitabının yandırılmasını qınayıb. Bu barədə açıqlamanı Baş katibin rəsmi təmsilçisi Stefan Dyucarrik verib.
O deyib: “BMT-nin Baş katibi müqəddəs Quran kitabının yandırılması əməlini pisləyən “Sivilizasiyalar alyansı”nın başçısı Migel Anhel Moratinosu tamamilə dəstəkləyir”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya