BMT-nin baş katibi çağırış etdi
2024-09-29 00:28:05
BMT-nin baş katibi Antonio Quterreş Beyrutdakı dramatik eskalasiyadan narahatlığını vurğulayaraq bildirib ki, bölgədəki zorakılıq dövrü dərhal sona çatmalıdır.
Bu barədə BMT-nin baş katibinin ofisindən verilən açıqlamada bildirilir.
“Baş katib Beyrutda son 24 saat ərzində hadisələrin dramatik şəkildə artmasından ciddi narahatdır. Bu zorakılıq dövrü indi başa çatmalı və bütün tərəflər uçurumdan geri çəkilməlidir”, - deyə Quttereşin sözçüsü Stefan Dujarrik bildirib.
Baş katibin sözlərinə görə, Livan, İsrail və bütövlükdə bütün Yaxın Şərq xalqı genişmiqyaslı müharibəyə tab gətirə bilməz. \\Ölkə.az