BMT İranda etirazların zorakılıqla yatırılmasını pislədi

2022-09-21 14:03:00

BMT İranda etirazların zorakılıqla yatırılmasını pislədi

Birləşmiş Millətlər Təşkilatı İran xalqının dinc nümayişlər keçirməsinə Tehran hökumətinin zorakı reaksiyasını və etirazçıların qəddarlıqla susdurulmasını kəskin qınayıb.
Bununla yanaşı, BMT-nin İnsan Haqları üzrə Ali Komisarlığı 22 yaşlı iranlı Məhsa Əmininin ölümü ilə bağlı müstəqil araşdırma aparmağa çağırıb.
"Məhsa Əmininin acınacaqlı ölümü, işgəncə və qəddar davranışa məruz qalması barədə iddialar səlahiyyətli və müstəqil bir orqan tərəfindən tez, qərəzsiz və effektiv şəkildə araşdırılmalı, xüsusən də Əmini ailəsinin ədaləti və övladlarının ölümü ilə bağlı həqiqəti əldə etmələri təmin etməlidir"-deyə, İnsan Haqları üzrə ali komisarı Nedi Əl-Naşif bildirib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komisarlığının ofisi son aylar İranda "Əxlaq" polisinin fəaliyyəti və onların hicab qaydalarına əməl etməyən qadınlara qarşı qəddar davranışlarının artdığını vurğulayıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000094