BMT hesabat hazırlayır: “Çində uyğurların və müsəlman azlıqların hüquqları tapdalanır"

2022-08-25 15:46:00

BMT hesabat hazırlayır: “Çində uyğurların və müsəlman azlıqların hüquqları tapdalanır

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, BMT Çində uyğurların vəziyyəti barəsində yeni hesabat hazırlayır. Sənədin mətni avqustun 31-də açıqlanacaq.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet bu gün keçirilən brifinqdə BMT əməkdaşlarının Çinin Sintszyan Uyğur Muxtar Vilayətində insan hüquqlarının pozulması barəsində hesabat hazırladıqlarını bəyan edib. Baçalet öz səlahiyyətlərinin son günündə – avqustun 31-də sənədi ictimaiyyətə təqdim edəcəyini bildirib.

Baçalet deyib: “Biz sənəd üzərində işləyirik. Mən vəzifə səlahiyyətlərimin başa çatmasından əvvəl onu açıqlamaq istəyirəm. Biz mümkün olan hər şeyi edirik”.

Komissar bu yaxınlarda Çinə səfər edərkən Sintszyan rəhbərliyi ilə görüş zamanı regionda insan hüquqlarının pozulması və özbaşına həbslər barəsində narahatlığını bildirdiyini söyləyib.

Baçelet deyib: “Sintszyanda uyğurların və müsəlman azlığın hüquqlarının pozulması hesabatda detallı şəkildə nəzərdən keçirilib”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064755