BMT Əfqanıstana 20 milyard dollar ayırdığını, 606 milyard dollar toplamalı olduğunu bəyan etdi

2021-09-13 17:05:00

BMT Əfqanıstana 20 milyard dollar ayırdığını, 606 milyard dollar toplamalı olduğunu bəyan etdi

Hurriyyet.az BMT-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, BMT-nin fövqəladə hallarla bağlı yardım fondu Əfqanıstan dövlətinə 20 milyard dollar ayırıb. Bu barədə açıqlamanı ümumdünya təşkilatının Baş katibi Antoniu Quterriş verib. Cenevrədə keçirilən donor konfransında çıxış edən Quterriş deyib: “Bu gün biz bildiririk ki, Fövqəladə Hallara Yardım Fondu vasitəsi ilə Əfqanıstanda humanitar əməliyyatların dəstəklənməsinə 20 milyon dollar göndərəcəyik”.

Konfransın keçirilməsində məqsəd dörd ay ərzində Əfqanıstan üçün 606 milyon dollar toplamaqdır. O qeyd edib ki, Əfqanıstana yardım üçün başqa istiqamətlərdə də iş görülməlidir – başqa ölkələrdən yüklərin daşınmasına, humanitar işçilərin Əfqanıstanın müxtəlif regionlarına girişinə imkan yaradılmalı, Kabul aeroportunun işini bərpa eləməlidırlər. BMT-nin Baş katibi Əfqanıstan sakinlərinin, o cümlədən qadınların hüquqlarının müdafiəsinin mühüm olduğunu qeyd edərək deyib: “Biz əfqanları uzun müddət ərzində dəstəkləməliyik”.