BMT-dən XƏBƏRDARLIQ: "Müqavilə yenilənməsə, dünyada sabitlik pozulacaq, kütləvi miqrasiya və aclıq olacaq"

2023-03-07 00:01:00

BMT-dən XƏBƏRDARLIQ:

“Qara dəniz limanlarından Ukrayna taxılının ixracına imkan verən “taxıl müqaviləsi” nəyin bahasına olursa-olsun uzadılmalıdır”.

Hurriyyet.Az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) direktoru Devid Bisli bildirib:

“Qara dəniz taxıl sazişini yeniləməsək, dünya əhalisi ciddi təhlükə ilə üz-üzə qalacaq. Münaqişələrdən əlavə, COVID-19, iqlim sarsıntıları, müharibə, Türkiyə və Suriyada zəlzələlər dünyanı çıxılmaz vəziyyətə salıb. Taxıl müqaviləsinin müddəti başa çatır və bu, nəyin bahasına olursa-olsun yenilənməlidir”, – deyə Bisli vurğulayıb.

O bildirib ki, Ukrayna 400 milyon insan üçün kifayət qədər taxıl ixrac edir. Taxıl müqaviləsi sayəsində ÜDM 36 milyon insanı ərzaqla təmin edə bilib. Müqavilə yenilənməsə, planet “dünyada sabitliyin pozulması, kütləvi miqrasiya və aclıq qarşısında” qalacaq. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.178797