BMT-dən açıqlama: “Taliban” qızların məktəbə getməsinə icazə verəcək”
Hurriyyet.az “TRT Haber” kanalının portalına istinadən xəbər verir ki, yaxın zamanlarda Əfqanıstanda “Taliban” rəhbərliyinin ərzində qız uşaqlarının orta məktəblərə getməsinə icazə verilməsi barəsində açıqlama verəcəyi bildirilir.
Ötən həftə Əfqanıstanın paytaxtı Kabul şəhərinə səfər eləmiş BMT Uşaqlara Yardım Fondunun (UNICEF) Baş direktoru Öməd Abdi BMT mərkəzində mətubat nümayəndələrinə açıqlama verib.
Abdi ölkənin 34 vilayətindən beşində - Belh, Cüzcan, Samangan, Kunduz və Uruzganda qızların məktəbə qayıtmasına icazə verildiyini söyləyib.
Abdi “Taliban”ın Təhsil nazirinin ona bütün qızların altıncı sinifdən sonra təhsillərini davam etdirməsinə “icazə verəcək çərçivə” üzərində işlədiklərini və məsələnin bir-iki ay ərzində həll ediləcəyini vəd elədiyini bildirib. Abdinin sözlərinə görə, hazırda milyonlarla məktəbyaşlı qız təhsildən kənarda qalıb.
Abdi bütün görüşlərdə “Taliban”a qızların təhsilə davam eləmələrinə icazə verilməsi üçün təzyiq göstərildiyini bildirib. O, son 10 il ərzində Əfqanıstanda məktəblərin sayının 3 dəfə artdığını – 6 mindən 18 minə çatdığını da söyləyib. Lakin mövcud inkişafa rəğmən, 2,6 milyonı qızlar olmaqla, 4,2 milyon əfqan uşağın məktəndən kənarda qaldığını söyləyən Abdi deyib: “Son 20 ildə təhsildə əldə edilən nailiyyətləri gücləndirmək və itirməmək lazımdır”.
Hürr Tərcüman