BMT-də çıxış edən Kral Salman İrana mesaj göndərdi
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz İran ilə aparılan danışıqların konkret nəticələr verməsinə ümid elədiklərini söyləyib. Kral Salman BMT-nin 76-cı Baş Assambleyasında telekonfrans vasitəsi ilə çıxış edib. İranın qonşu ölkə olduğunu və onunla ilk danışıqların etibarı artıran konkret nəticələrə səbəb olacağına ümid elədiklərini bildirən Kral Salman bu danışıqların suverenliyə hörmət, daxili işlərə qarışmamaq və terrorçu qruplaşmalarla yaraqlılara bütün dəstəklərin kəsilməsi üzərində inşa edilmiş əməkdaşlıq münasibətləri qurmaq yolunu açacağına ümidvar olduğunu bildirib.
Səudiyyə Ərəbistanının xarici siyasətini dialoqu və sülhü dəstəklədiyini diqqətə çatdıran Kral Salman ölkəsinin İranın nüvə silahı əldə eləməsinin qarşısını almaq istiqamətindəki beynəlxalq səyləri dəstəklədiyini bildirib.
Çıxışında Fələstin müharibəsindən də bəhs edən Kral Salman 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurmağın əhəmiyyətini vurğulayıb.