BMT Baş Assambleyasının 77-ci sessiyasının yeni sədri işinə başladı

2022-09-13 00:01:00

BMT Baş Assambleyasının 77-ci sessiyasının yeni sədri işinə başladı

Macarıstanın nümayəndəsi Çaba Körösi çərşənbə axşamı Nyu-Yorkda açılacaq BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri kimi and içib.

Bu barədə TASS məlumat yayıb.

Körösi BMT-nin maraqlarına və Nizamnaməsinə uyğun olaraq, “heç bir kənar mənbədən təlimat almadan” öz vəzifələrini yerinə yetirəcəyinə söz verib. Bunun ardınca bayrağın dəyişdirilməsi mərasimi baş tutub, nəticədə sədrlik vəzifələri Maldiv adaları nümayəndəsi Abdulla Şahiddən Körösiyə keçib.

Qeyd edək ki, çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası işə başlayır. \\Qafqazinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067644