“Blumberq”: “Makron Orta Asiyaya uran almaq üçün gedir”
Hurriyyet.az xəbər verir ki, “Blumberq” agentliyinin nəlumatına görə, Fransa Prezidenti Emmanuel Makronun Orta Asiya respublikalarına 1-2 noyabr tarixinə planlaşdırılan səfərinin əsas məqsədlərindən biri Qazaxıstan və Özbəkistandan uran idxalını artırmaqdır. Agentliyə məlumat verən mənbənin sözlərinə görə, danışıqların gündəmdəki əsas maddələrdən biri Qazaxıstanda Fransanın “Orano” (əvvəlki adı “Areva”) atom şirkətinin Qazaxıstandakı “varlığının genişləndirilməsi” olacaq.
Bəlli olduğu kimi, Fransanın atom elektrik stansiyalarının xammalla təmin edən əsas ölkə Niger olub. Afrika ölkəsindəki dövlət çevrilişindən sonra Fransanın urana olan ehtiyacı kəskin artıb.
“Blumberq” nəşrinin Fransanın Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Maykl Levistondan gətirdiyi sitatda deyilir: “Qazaxıstan Fransanın enerji təhlükəsizliyinin açarına çevrilib”.
Hürr Tərcüman