"Bloomberg"dən İDDİA: Avrokomissiya 17 iyunda Ukraynaya Aİ-yə namizədlik statusu verəcək

2022-06-10 13:39:00

"Bloomberg"in məlumatına görə, Avropa Komissiyası iyunun 17-də Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı tövsiyə verəcək. Bu barədə "Bloomberg" anonim mənbəyə istinadən yazır.
Eyni zamanda, tövsiyələrdə Ukraynada qanunun aliliyinin təmin olunması və korrupsiya ilə mübarizə tədbirlərinin görülməsi tələbi yer alacaq. Bu tələblər tövsiyyə kimi 23-24 iyun tarixlərində Aİ sammitində təqdim olunacaqlar. Namizəd statusu əldə etmək üçün Ukrayna ərizəsi onun iştirakçıları tərəfindən təsdiqlənməlidir, bu çətin ola bilər, çünki bir sıra ölkələr belə qərara qarşı çıxır.
Agentliyin məlumatına görə, xüsusilə Danimarka və Hollandiya bu qərara qarşı çıxır. Onlar hesab edirlər ki, Ukrayna Aİ üzvlüyünə hazır deyil.
"Bloomberg"in məlumatına görə, Baltikyanı ölkələr, Polşa və İtaliya Aİ statusunun Ukraynaya qeyd-şərtsiz verilməsinin tərəfdarıdır, Almaniya isə müəyyən şərtlər tələb edir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya