“Bloomberg”: Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edənə qədər F-16 qırıcıları almayacaq
2023-01-17 16:54:00
.jpg)
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edənə qədər F-16 qırıcıları almayacaq. Bu barədə “Bloomberg” məlumat verir.
Agentliyin məlumatına görə, ABŞ gecikmənin “Moskvanın əlinə oynayacağından” ehtiyat edərək Finlandiya və İsveçin NATO-ya daxil olması məsələsində Türkiyəyə təzyiq göstərməyə çalışır. “Birləşmiş Ştatlar Türkiyəyə xəbərdarlıq edib ki, Ankara İsveç və Finlandiyanın NATO-ya müraciətlərini ratifikasiya etməsə, Konqres qırıcıların (F-16) satışını təsdiqləməyəcək”, deyə anonimlik şərti ilə Türkiyə rəsmisi bildirib. NATO-nun yeni üzvləri ilə bağlı danışıqların ləngiməsi Rusiyanın maraqlarına uyğundur, ona görə də alyans Türkiyənin ərizəni ratifikasiya etməkdən imtina etməsindən narahatdır.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya