Saat:06:30
Haqqımızda

"Bloomberg" köşə yazarı Nil Ferqyuson: “Putinin qələbə paradı Poltavada keçirilsə, təəccüblənməyin”

2022-01-18 12:15:00

Ukrayna Rusiya ilə hərbi münaqişə olacağı təqdirdə Qərbin dəstəyinə arxalanmamalıdır. Bu barədə tanınmış tarixçi və publisist Nil Ferqyuson “Bloomberg”dəki köşəsində yazır.

“Əgər Putin hərbi əməliyyatlara başlasa, o zaman aydındır ki, Ukrayna Qərbdən ciddi hərbi dəstək almayacaq”, deyə “strana.news” Ferqyusondan sitat gətirib. Müəllif xatırladıb ki, 2021-ci il dekabrın 8-də ABŞ prezidenti Cozef Bayden Putini “qıcıqlandırmamaq” üçün birmənalı şəkildə Amerika qoşunlarının Ukraynaya göndərilməyəcəyini bəyan etmişdi.

“Şübhə yoxdur ki, bir çox ukraynalı gənc əllərində silahla öz ölkəsini müdafiə etməyə hazırdır. Bununla belə, kənardan yardım olmadan onların qalib gəlmək şansları azdır. Amma təəssüf ki, heç kimin onlara kömək etməyəcəyi görünür. Ukrayna NATO-nun 2021-ci ilin iyununda Brüsseldə keçiriləcək sammitində NATO Üzvlük Fəaliyyət Planına qoşulmağa dəvət alacağına ümid edirdi. Lakin dəvət alınmadı... Kiyevə daha bir zərbə Bayden administrasiyasının Rusiyanın 11 milyard dollarlıq “Şimal axını 2” qaz kəmərinin tikintisinə nəzarət edən Almaniya şirkətinə qarşı sanksiyaları ləğv etdiyi anla qarşılaşması oldu”, deyə ekspert yazır.

Rusiya prezidenti Vladimir Putinə tənqidi münasibəti ilə tanınan və Ukraynaya qarşı “Rusiyanın təcavüzü” ehtimalından dəfələrlə danışan Ferqusson Putini Çar I Pyotrla müqayisə edib. O yazır: “Onun qələbə paradı Poltavada keçirilsə, təəccüblənməyin”.

Ferqusonun fikrincə, Rusiyanın Ukraynaya “işğal”ı eyni vaxtda kütləvi hücum deyil, müxtəlif üsulların kombinasiyası ola bilər. “Tam miqyaslı torpaq işğalı onun variantlarından yalnız biridir. O, həmçinin Ukraynanın Qara dəniz sahillərində dəniz desantlarının hücumları həyata keçirə və ya Ukraynanın əsas hədəflərinə qarşı dəqiq bombalama və raket zərbəsi kampaniyası apara bilər. O, bu regionda muzdluların silahlandırılmasını artırmaqla Ukraynanın şərq regionunda əlavə ərazilər ələ keçirə bilər. Yaxud o, genişmiqyaslı kiberhücumlar edə, Ukraynanın kommunikasiyalarına və infrastrukturuna ziyan vura bilər”, deyə müəllif öz versiyalarını səsləndirib.

“Rusiya blitskriqinin necə göründüyünü başa düşmək üçün 2008-ci ildə Gürcüstanda baş vermiş hadisələri xatırlamaq lazımdır, lakin hətta o, beş gündən sonra başa çatdı və Gürcüstan paytaxtının işğalı həyata keçirilmədi”, deyə ekspert xatırladıb.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR