"Bloomberg": İran bölgəyə ordu göndərir
2024-09-30 17:38:17
Hurriyyet.az xəbər verir ki, "Blumberq" ("Bloomberg") agentliyi Qərbin kəşfiyyat mənbələrinin İran qüvvələrinin Suriyaya irimiqyaslı yerləşdirilməsini qeydə aldıqlarını bildirib. Agentliyin məlumatına görə, son iki ay ərzində İraqdan Suriyaya minlərlə döyüşçü köçürülüb. Bu addımın Livandakı liderlərin öldürülməsi fonunda İranın strateji gedişi olduğu güman edilir.
Suriyadakı mənbələr Suriya ərazisində "Hizbullah"ın infrastrukturlarının genişləndiyini də xəbər verirlər. Livan sərhədi yaxınlığında yeni bazalar və tunel sistemləri tikilib. Bu tikililərdən həm də Livanı tərk edən səhra komandirləri və onların ailələri üçün sığınacaq kimi istifadə edilir.
Hürr Tərcüman