"Bloomberg": Aİ rus oliqarxların ailə üzvlərini təqib etmək üçün qanun hazırlayır
2023-03-16 14:51:00

Aİ sanksiyalara məruz qalan rusiyalı milyarderlərin ailə üzvlərini təqib etmək üçün daha aydın hüquqi baza yaratmağa hazırlaşır. Bu barədə "Bloomberg" xəbər verir.
Bu addım prezident Putinin yaxın adamı və "Vaqner"in rəhbəri Yevgeni Priqojinin anasına qarşı tətbiq edilən sanksiyaların ləğvindən sonra atılıb. Avropa Xarici Fəaliyyət Xidməti sanksiyaya məruz qalan şəxslərin Aİ daxilində pul və aktivlərini köçürməklə məhdudiyyətlərdən yan keçə biləcəyi qorxusunu aradan qaldırmaq üçün qanunlar təqdim etməyə hazırlaşır.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya