Saat:10:39
Haqqımızda

BLİNKEN UKRAYNAYA GƏLİB – ABŞ-dan Kiyevə 200 milyonluq hərbi yardım

2022-01-19 17:26:00

BLİNKEN UKRAYNAYA GƏLİB – ABŞ-dan Kiyevə 200 milyonluq hərbi yardım

ABŞ-ın Dövlət katibi Entoni Blinken Ukraynaya səfər edib. 

AzPolitika.info xarici KİV-lərə istinadla xəbər verir ki, yüksək rütbəli ABŞ rəsmisinin Prezident Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşü gözlənilir.

Blinkenin səfəri fonunda Co Bayden administrasiyası Ukraynaya 200 milyon ABŞ dolları dəyərində əlavə hərbi yardım etdiyi barədə rəsmi məlumat yayıb.

“Amerikanın səsi” xəbər verir ki, bu məlumatın məhz Dövlət katibinin səfəri zamanı elan edilməsi təsadüfi deyil. Belə ki, Ukraynaya hərbi yardım qərarı hələ ötən ilin dekabrında verilib. Lakin bununla bağlı rəsmi məlumatın verilməsinə qadağa var idi. İndi isə bunun rəsmən bəyan olunması Rusiyanın Ukraynaya mümkün hərbi müdaxiləsi təhlükəsilə bağlıdır.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR