Blinken Qazaxıstana təşəkkürünü bildirdi

2023-02-28 19:24:00

Blinken Qazaxıstana təşəkkürünü bildirdi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev  ilə ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında görüş olub.

Tokayev ABŞ-ın C5+1 formatında (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan və ABŞ) formatında əməkdaşlığın genişləndirilməsi təşəbbüsünü müsbət qiymətləndirib və Astanada bu formatda görüşün keçirilməsinin əhəmiyyətli olacağını qeyd edib.

Blinken Qazaxıstan ilə ABŞ-ın onillər ərzində əldə elədikləri uğurları inkişaf etdirməyin zəruri olduğunu söyləyib, C5+1 sammitinin keçiriməsi məsələsinə görə Qazaxıstana təşəkkürünü bildirib. Orta Asiya regionunda Amerika ilə daha sıx əlaqələrin yaradılmasında bu formatın rolunu qeyd edib.

Xəbər verdiyimiz kimi, Blinken Qazaxıstandan sonra Özbəkistana, oradan da Hindistana səfər etməyi planlaşdırır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.158113