Blinken Qazaxıstana gedir: G5+1 – ABŞ+Orta Asiya formatında görüş keçiriləcək

2023-02-24 16:49:00

Blinken Qazaxıstana gedir: G5+1 – ABŞ+Orta Asiya formatında görüş keçiriləcək

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinken Qazaxıstan ilə Özbəkistana səfərə hazırlaşır. Görüşlər həm ikitərəfli danışıqlar qismində, həm də ABŞ ilə Orta Asiyanın G5+1 formatında əməkdaşlığı çərçivəsində keçiriləcək.

Blinken fevralın 28-də Qazaxıstanda olacaq, ardından Özbəkistana yola düşəcək.

Qazaxıstanın paytaxtında G5+1 formatında Blinken ilə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın xarici işlər nazirləri görüşəcəklər. Blinkenin Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevlə də görüşü gözlənilir.

Ardından Blinken Daşkəndə yola düşərək Özbəkistan-ABŞ strateji əməkdaşlıq məsələlərinin inkişafını müzakirə edəcək.

Blinken 1-2 mart tarixlərində Hindistanın Nyu-Dehli şəhərində G-20 ölkələrinin XİN rəhbərlərinin görüşündə iştirak etməlidir.

Xatırladaq ki, fevralın əvvəlində Blinkenin Pekinə səfəri planlaşdırılsa da, Çinlə ABŞ arasındakı “casus şarı” qalmaqalına görə, görüş təxirə salınmışdı.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.159008