Blinken Paşinyanla niyə sərt danışıb? - Erməni mediasından şok iddia

2022-11-19 16:44:00

Blinken Paşinyanla niyə sərt danışıb? - Erməni mediasından şok iddia

"Məsələ ondadır ki, Ermənistan hakimiyyəti dəfələrlə açıq şəkildə bəyan edib ki, onlar Rusiyanın təkliflərinə (Qarabağ məsələsinin tənzimlənməs problemini gələcək nəsillərin öhdəsinə buraxmaq, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması və s.) tərəfdarıdırlar..."

Bu günlərdə ABŞ dövlət katibi Entoni Blinken Nikol Paşinyanla telefon danışığı aparıb. Rəsmi məlumatlardan məlum olub ki, dövlət katibi bir sıra digər protokol ifadələri ilə yanaşı, Paşinyanı sülh prosesinin təşviqi üçün konkret nəticələrin əldə edilməsi istiqamətində irəliləyişi davam etdirməyə çağırıb. 

Yenisabah.az xəbər verir ki, bu haqda  “Past” qəzeti yazır.

Çoxlarını maraqlandırırdı ki, niyə belə “çağırış” yalnız Ermənistan tərəfinə göndərilib. Lakin əksər ekspertlərin fikrincə, burada problem birtərəflilik deyil, çünki telefon danışığı Paşinyanla olub və bu sözlər, təbii ki, ona ünvanlanmalı idi.

“Əslində sualın daha dərin alt mətni var. O cümlədən, diplomatik mənbəmizin bildirdiyinə görə, Blinken geosiyasi səbəblərdən dolayı Paşinyanla kifayət qədər sərt tonda danışıb. Ermənistan Xarici İşlər Nazirliyindəki mənbəmizin sözlərinə görə, Amerika tərəfi Rusiyanın münasibətlərin normallaşdırılması təklifləri ilə bağlı Ermənistanın siyasi meydanında səslənən mesajlardan ciddi narahatdır. Məsələ ondadır ki, Ermənistan hakimiyyəti dəfələrlə açıq şəkildə bəyan edib ki, onlar Rusiyanın təkliflərinə (Qarabağ məsələsinin tənzimlənməs problemini gələcək nəsillərin öhdəsinə buraxmaq, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması və s.) tərəfdarıdırlar.

Odur ki, Amerika tərəfi “Vaşinqton” variantından fərqli olaraq “Rusiya variantının sonda dominant olacağından, bunun da geosiyasi maraqlar və ambisiyalar ucbatından Qərbin regionumuzdakı planlarının iflasa uğraması demək olacağından ciddi şəkildə narahatdır. Təbii ki, Rusiyanın istənilən aktivləşməsi və təsir zonalarının bərpası və ya genişləndirilməsi, yumşaq desək, “kollektiv” Qərbin və xüsusən də ABŞ-ın narahatlığına səbəb olur”, – erməni qəzeti belə yazır.

Moderator.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.099938