Blinken Nyu-Yorkda Bayramov və Mirzoyanla görüşəcək
2024-09-25 13:41:42
Sentyabrın 26-da ABŞ dövlət katibi Blinken Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Bayramov və Mirzoyanla görüşəcək. Bu barədə Azərbaycanın Turan informasiya agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, görüşün məqsədi Bakı ilə İrəvan arasında sülh danışıqlarının “son mərhələsini” təşviq etmək olacaq.
Ülviyyə, Hurriyyet.az