Blinken İsveç ilə Finlandiyanın NATO-ya daxil olmasından danışdı

2022-04-29 12:02:00

Blinken İsveç ilə Finlandiyanın NATO-ya daxil olmasından danışdı

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Birləşmiş Ştatlar İsveç ilə Finlandiyanın NATO hərbi ittifaqının üzvü olmaq qərarını “qətiyyətlə dəstəkləyir”. Bu barədə açıqlamanı ABŞ-ın Dövlət katibi Entoni Blinken verib.

Blinken deyib: “Biz, əlbəttə, onların bu qərarı qəbul edəcəklərinə ümid edirik. Belə bir qərar versələr, biz qətiyyətlə onları dəstəkləyəcəyik. Bildiyiniz kimi, tezliklə NATO-nun sammiti keçiriləcək. Tədbirin başladığı zaman konkret informasiya alacağımızı gözləyirəm”.

ABŞ-ın Dövlət katibi ölkələrin qərar verəcəyi konkret vaxtı deyə bilməyəcəyini, lakin bu məsələnin “hər iki ölkə tərəfindən çox fəal surətdə nəzərdən keçirildiyini” söyləyib.

Bəlli olduğu kimi, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra İsveç ilə Finlandiya NATO-ya daxil olmaq məsələsi ilə maraqlandıqlarını bildiriblər.

“Tayms” nəşrinin yazdığına görə, Finlandiya ilə İsveç artıq bu yay NATO-ya daxil olmağa hazırlaşırlar.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya