Blinken: İsrailə qarşı yeni cəbhənin açılmasına imkan verilməyəcək
2023-11-04 22:46:48

ABŞ, Misir və İordaniya İsrailə qarşı yeni cəbhənin açılmasına imkan verməyəcək.
Bunu ABŞ dövlət katibi Antoni Blinken İordaniyanın paytaxtı Əmmanda Misir və İordaniya XİN rəhbərləri ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.
ABŞ rəsmisinin sözlərinə görə, ölkəsi Misir və İordaniya ilə birlikdə, İsrailə qarşı yeni cəbhə açmaqdan istənilən tərəfi çəkindirmək üçün, öz təsirlərindən istifadə etmək barədə razılığa gəlib.
“Hamımız bu məsələdə maraqlıyıq”, - Blinken əlavə edib. \\Ölkə.az
