Blinken Bayramov və Mirzoyanla hansı məsələləri müzakirə edəcək? - EKSPERT RƏYİ

2023-01-06 11:32:00

Blinken Bayramov və Mirzoyanla hansı məsələləri müzakirə edəcək? - EKSPERT RƏYİ

Kənan Novruzov: "Çox güman ki, diplomatların telefon danışığında azərbaycanlı ekofəalların Şuşa-Laçın yolundakı etiraz aksiyaları, sülh müqaviləsi müzakirə olunacaq"

"ABŞ Dövlət Departamentindən bildirilib ki, dövlət katibi Entoni Blinken yaxın günlərdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışacaq. Blinken, həmçinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla da danışacaq. Müzakirələrin mövzusu açıqlanmayıb. Bu günlərdə məlum oldu ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin səlahiyyət müddəti başa çatıb. Çox güman, tərəflər telefon danışıqları zamanı bu məsələni də müzakirə edəcək, Ağ Evin regional siyasətinin perspektivi barədə fikir mübadiləsi aparacaqlar". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov qeyd edib.

Ekspertin fikrincə, Blinken həmsöhbətlərini ABŞ-ın regionda sülh və təhlükəsizlik idealına sadiq qaldığına inandırmağa çalışacaq: "Bundan başqa, diplomatların telefon danışığında azərbaycanlı ekofəalların Xankəndidən keçən Şuşa-Laçın yolundakı etiraz aksiyaları da müzakirə olunacaq. Yəqin ki, Vaşinqton bu məsələ ilə bağlı narahatlığını bildirəcək. Ümumiyyətlə, ABŞ etiraz aksiyalarından istifadə edərək regionda mövcudluğunun güclənməsinə çalışa bilər. Vaşinqtonun yeni "rıçak"lar əldə etməyə səy göstərməyi gözləniləndir. Heç bir halda buna imkan vermək olmaz".

Kənan Novruzov hesab edir ki, Blinken Bayramov və Mirzoyanla sülh müqaviləsinə dair də fikir mübadiləsi apara bilər: "Tərəflərin növbəti üçtərəfli görüş barədə razılığa gəlmələri mümkündür. Hər halda bu, Ağ Evin marağındadır. Çünki vasitəçilik missiyasını qorumaq istəyir. Ehtimal edilən telefon danışıqlarında xüsusi bir nəticənin əldə olunacağına inanmıram. Bu təmaslar daha çox ABŞ-ın özünə lazımdır. Azərbaycan isə platformalardan mümkün qədər imtina etməməli, yaranan fürsətlərdən öz xeyrinə istifadə etməyə çalışmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141546