Saat:07:05
Haqqımızda

“Blinken Azərbaycan-Ermənistan danışıqları ilə məşğuldur”

2023-03-24 13:21:00

 “Blinken Azərbaycan-Ermənistan danışıqları ilə məşğuldur”

Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel öz “Tvitter” səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh barəsində açıqlamasını paylaşaraq yazıb: “ABŞ Dövlət katibi Entoni Blinken Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının asanlaşdırılması prosesi ilə çox məşğuldur və Cənubi Qafqazda daimi sülhə doğru irəliləyiş bizi ruhlandırır. Bunu çox yüksək qiymətləndiririk”.

Xəbər verdiyimiz kimi, N.Paşinyan dünən öz “Tvitter” səhifəsində belə bir açıqlama vermişdi: “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olacaq. Sülh müqaviləsi yüksək səviyyədə qəbul edilmiş birgə rəsmi bəyanatlara əsaslanacaq. Yeni toqquşma olmayacaq! Beynəlxalq ictimaiyyət bunu qətiyyətlə dəstəkləməlidir”.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR