Blatterlə Platinin məhkəməsi başlanır – Futbol dünyasında kriminal

2022-06-08 17:44:00

Blatterlə Platinin məhkəməsi başlanır – Futbol dünyasında kriminal

Huriyyet.az xəbər verir ki, İsveçrədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatterlə Avropa Futbol Assosiasiyaları İttifaqının keçmiş prezidenti Mişel Platinin məhkəməsi başlanıb. Məhkəmənin 11 gün davam edəcəyi bildirlir.

Blatter İsveçrənin Bellinçona şəhərindəki Federal Cinayət İşləri Məhkəməsinə daxil olarkən deyib: “Mən həmişəki kimi nikbinəm. Günəş işıq saçır. Bu gün demək olar ki, iki həftə davam edəcək məhkəmənin ilk günüdür. Əgər ilk gün özümü inamlı hiss eləməsəm, pis olacaq. Ona görə də özümə inanıram”.

Platini də “tamamilə dürüst davrandığını məhkəməyə isbat” edəcəyinə və işin onun üçün uğurla nəticələnəcəyinə inandığını bildirib.

Təhqiqat 22 iyun tarixinə qədər davam edəcəyik. İyulun 8-də hökm veriləcək. Platini ilə Blatterin təqsirli olduqları isbat edilsə, onlara 5 ilə qədər həbs və cərimə cəzası verilə bilər.

2019-cu ilin dekabrında FİFA-nın Blatter ilə Platiniyə qarşı İsveçrə məhkəmələrində iddialar qaldırdığı xəbər verilmişdi.

Xəbərdə deyilirdi: “FİFA İsveçrə məhkəmələrinə qurumun keçmiş prezidenti Yozef Blatter ilə keçmiş vitse-prezidenti Mişel Platiniyə qarşı iddia ərizələri ilə müraciət edərək, 2011-ci ilin fevralında əsassız olaraq Platiniyə ödənilmiş 2 milyon İsveçrə frankının qaytarılmasını tələb edir”.

Blatter ilə Platini bu məblğin Blatterin göstərişi ilə 2011-ci ildə Platinin hesabına onun 1998-2002-ci illərdə Blatterin müşaviri kimi işinin mükafatlandırılması kimi keçirildiyini bildiriblər. Lakin prokurorluğun məlumatına görə, FİFA ondan qabaq artıq Platinin məsləhətlərinin əvəzində ona pul ödəyibmiş.

Beynəlxalq Futbol Federasiyası mart ayında verdiyi qərarla Blatteri 6 il 8 aylığa fəaliyyətdən uzaqlaşdırıb. FİFA-nın keçmiş baş katibi Jerom Valkeyə qarşı da eyni qərar verilib. Onların hər ikisi rüşvət, hədiyyə və qanunsuz mükafatlar almaqda təqsirli hesab ediliblər.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya