Bjaniya Abxaziyanın Rusiya ilə Belarusun İttifaq dövlətinə birləşməyə hazır olduğunu bildirib

2022-08-25 21:58:00

Bjaniya Abxaziyanın Rusiya ilə Belarusun İttifaq dövlətinə birləşməyə hazır olduğunu bildirib

Gürcüstan əraziləri Rusiyaya birləşəcək?

Hurriyyet.az xəbər verir ki, separatçı Abxaziya Respublikasının qondarma prezidenti Aslan Bjaniya rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində Abxaziyanın Rusiya ilə Belarusun İttifaq dövlətinə birləşməyə hazır olduğunu bildirib. Bjaniya deyib: “Rusiya, Belarus və bu birliyə qoşulmaq istəyən başqa dövlətlərində olduğu İttifaq dövlətinin mümkün olacağı perslektivində biz də məmnuniyyətlə bu ideyanı dəstəkləyərdik və həmin dövlətin tamhüquqlu üzvü olardıq. İttifaq dövləti ideyası bizə, Abxaziya xalqına yaxındır, bizim milli maraqlarımıza uyğundur”.

“Ukraynadakı xüsusi əməliyyatın uğurla başa çatmasından sonra tamamilə başqa reallıq yaranacaq. Özünü Rusiyanın həqiqi dostu kimi göstərənlərlə birlikdə İttifaq dövlətinin yeni konturları çəkiləcək”.

Qeyd edək ki, 1992-ci ildən etibarən Gürcü-abxaz münaqişəsi nəticəsində Abxaziyanın ərazisi Gürcüstanın nəzarətindən çıxmışdır. Abxaziyanın müstəqilliyini Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu və Suriya istisna olmaqla, heç bir dövlət tanımır. Bu ərazi beynəlxalq aləmdə Gürcüstanın əyaləti kimi tanınır. Abxaziyanın, o cümlədən Cənubi Osetiyanın əraziləri Gürcüstan hökuməti, həmçinin ABŞ Prezidentinin adminstrasiyası və Avropa Komissiyası tərəfindən Rusiya tərəfindən işğal edilmiş Gürcüstan əraziləri kimi qiymətləndirilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.070164