Bizim "qırmızı xətt"imiz Azərbaycandır - Ərdoğan

2022-07-26 09:38:00

Bizim

"Ermənistanla münasibətləri Azərbaycanla razılaşdıraraq inkişaf etdiririk".

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Əvvəldən bizim "qırmızı xətt"imiz Azərbaycan idi. Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətliyik. Bizim vətəndaşımız olan və vətəndaş olmağa razı olan ermənilər var", - Ərdoğan qeyd edib.

Ərdoğan Ermənistandan ikitərəfli münasibətlərin normallaşması üçün konkret addımlar gözlədiyini söyləyib.

Bakupost.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060126