Bizim Qarabağı və xalqını tərk etməyə haqqımız yoxdur, yanlarında olmağa borcluyuq - Ohanyan

2022-09-03 22:07:00

Bizim Qarabağı və xalqını tərk etməyə haqqımız yoxdur, yanlarında olmağa borcluyuq - Ohanyan

“Bizim Qarabağı və xalqını tərk etməyə haqqımız yoxdur, biz Qarabağın yanında durmağa borcluyuq”. 

Bunu keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan dünən keçirilən mitinqdə deyib. O bildirib ki, Qarabağ uğrunda mübarizəni davam etdirmək lazımdır.

“Mən Qarabağın “müstəqilliyi” uğrunda canlarından keçmiş bütün əsgərlər qarşısında baş əyirəm. Bu gün bizim Qarabağı və xalqını tək qoymağa haqqımız yoxdur, biz mübarizəmizin “qalib ruhu” ilə Qarabağ xalqının yanında olmalıyıq”, – deyə Seyran Ohanyan çərənləyib.

O, mübarizənin son mərhələyə qədəm qoyduğunu, hazırkı hakimiyyəti sıradan çıxarmaqda qərarlı olduqlarını deyib. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.080001