“Bizim olanı qaytarmağın zamanı çatdı” - Zalujnı əks-hücumun anonsunu verdi + VİDEO
2023-05-27 10:29:00

Rusiya telekanallarının “öldürdüyü” Ukrayna ordusunun Baş komandanı Valeri Zalujnı çoxdan bəri gözlənilən əks-hücumun başlanmasına eyham vuran video paylaşıb.
Hurriyyet.az xəbər verir ki, general Zalujnı öz “telegram” kanalında yayımladığı videonu “Bizim olanı qaytarmağın zamanı çatdı” başlığı ilə paylaşıb.
Videoda Ukrayna hərbçilərinin hücum hazırlığı və hərbi andı əks olunub. Həmçinin, “HİMERS”-lər, “Leopard2” tankları və digər hərbi texnika yer alıb. Videoçarxın sonunda ukraynalılar Ukrayna Silahlı Qüvvələrinin sıralarına daxil olmağa çağırılır.
Artıq bir çox təbliğat kanalları və şərhçilər Zalujnının paylaşdığı bu videonu Ukrayna əks-hücumunun anonsu hesab edirlər.
“AzPolitika.info”
AzPolitika.info
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya