Bizi vecinə almayan Volkov Vardanyanla Xankəndində görüşdü... - "Sülhməramlı"ların təlimini keçirdi...

2022-12-29 09:44:00

Bizi vecinə almayan Volkov Vardanyanla Xankəndində görüşdü... -

Xəbər verdiyimiz kimi, dünən gündüz saatlarında Xankəndindəki separatçı-terrorçu qurumun rəhbərliyi ilə görüşə gəlmiş Rusiya “sülhməramlı” komandanı general Andrey Volkov separatçı haykların “hökumət” binasını mühasirəyə aldığını görərək gizli çıxışdan qaçıb, onun avtomobili isə ermənilərin mühasirəsində qalıb.

Bizi vecinə almayan Volkov Vardanyanla Xankəndində görüşdü...

Hurriyyet.az moderator.az-a istinadla xəbər verir ki, general Vokovun Xankəndinə gəldiyini və məhz Putinin milyarder "desant"ı Ruben Vardanyanla görüş keçirdiyini hazırda separatçı ünsürlərin Xocalı hava limanında keçirdiyi aksiyanın təşkilatçısı, "Sabahkı Artsax" qanunsuz "partiya"sının rəhbəri Tiqran Petrosyan da "Facebook"dakı canlı çıxışında təsdiqləyib.

Beləliklə, 18-ci gündür ki, Azərbaycan ictimai fəallarının tələblərinə rəğmən Laçın yolundakı posta- onlarla görüşə gəlməyən Rusiya generalı Kremlin Azərbaycan ərazisinin bir hissəsinə faktiki "dövlət naziri" təyin etdiyi hayk milyarderi ilə görüşdü. Özü də, yəqin ki, son 3 həftə ərzində dəfələrlə görüşüb...

Bu azmış kimi, üzdəniraq komandan Volkov Rusiya "sülhməramlı"ların torpaqlarımızda növbəti hərbi təlimini də təşkil edib.

 

VİDEO BURADA: https://vk.com/video-17452458_45625260


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.164638