"Bizə mane olan Rusiya prezidenti Vladimir Putindir" - ELXAN ŞAHİNOĞLU

2022-12-13 12:50:00

"Rusiya hərbi kontingenti və erməni separatçılar üçün iki illik rahat həyat bitib"

"Bizə mane olan Rusiya prezidenti Vladimir Putindir. O Azərbaycanın Qarabağda suverenliyinin bərpasını istəmir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq qeyd edib ki, Rusiya sülhməramlıların komandanı, general-mayor Andrey Volkov əmr quludur: "O bu saat telefonun başında oturub Moskvadan təlimat gözləyir ki, yolda çadır quran azərbaycanlı vətəndaş fəallarına qarşı hansı tədbirlər görsün və ya görməsin. Putin anlayır ki, vəziyyət qəlizdir və elə buna görə Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, nəbz yoxlaması həyata keçirir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Rusiya hərbi kontingenti və erməni separatçılar üçün iki illik rahat həyat bitib: "Bundan sonra yoldan kefləri istədikləri kimi istifadə edə bilməyəcəklərini anlayıblar. Bizi gərgin illər gözləyir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.208610