Saat:05:35
Haqqımızda

“Biz Zəngəzura, Göyçəyə, İrəvana başqa cür qayıtmalıyıq”

2021-07-28 15:22:00

“Biz Zəngəzura, Göyçəyə, İrəvana başqa cür qayıtmalıyıq”

“Ermənistan tərəfi Azərbaycanla sərhəddə rəsmən 3 hərbçisinin həlak olduğunu, daha 3 nəfərin isə yaralandığını təsdiqlədi.  Həmişə hücuma keçməyə cəhd edən tərəf daha çox itgi verir - deməli Ermənistan tərəfinin ağlı başına gəlməyib, yenə provokasiya və hücum cəhdlərindən əl çəkmir”. 

“Yeni Sabah” xəbər verir ki, bunu REAL partiyasının sədr müavini Natiq Cəfərli deyib. O qeyd edib ki, 44 günlük Vətən savaşı zamanı hərbi əməliyyatlar Azərbaycanın suveren ərazilərində gedirdi deyə Ermənistan "ODKB"- ni müharibəyə cəlb edə bilmədi, Putin də bunu dəfələrlə dilə gətirdi ki, qondarma "Qarabağ Respublikasını" heç Ermənistan da tanımayıb, döyüşlər de-jure Azərbaycan ərazisində gedir, ona görə də "ODKB" qarışa bilməz. 

“Əgər sərhəddə baş verən provokasiyaların arxasında Paşinyanın özü dayanırsa, məqsədi Ermənistan cəmiyyətinə bir daha göstərməkdir ki, "ODKB", Rusiya ciddi müttəfiq deyil, bizə dəstək olmurlarsa nədən o təşkilatda olmalıyıq?! Çünki, sərhəddə irimiqyaslı döyüşlər olsa da, "ODKB" müdaxilə etməyəcək, bu mümkün deyil indiki şəraitdə. Nəticədə Ordumuzun istənilən uğurlu əməliyyatı Ermınistanın Kremldən qopmasını və sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər.

Yox əgər sərhəddə provokasiyaların arxasında Kremlə bağlı erməni generalları durursa, onların da məqsədi aydındır - Ermənistan ərazisində istənilən böyük hərbi məğlubiyyət seçki ilə Paşinyana qalib gələ bilməyən Rusiyaya şans verəcək ki, Köçəryan və adamlarını küçədən hakimiyyətə gətirsin.

Kremldə Paşinyanın seçkiləri üstünlüklə udması və bundan sonra AB ilə, Fransa ilə daha sıx yaxınlaşması qıcıq yaradır, bunu aydın sezmək olar.

Yaxşı biz nə etməliyik: Görünən odur ki, hər iki ssenaridə Azərbaycanın hərbi üstünlüyünü artırmaq üçün şans var - amma biz daha ağıllı oynamalıylq, eyforiyaya qapılmamalı, populistik addımlardan çəkinməli, Kremlin heç bir oynuna gəlməməliyik. 

Bizə indi sülh lazımdı, dayanlqlı sülh, sərhədlərin tanınması, əlaqələrin açılması prioritet olmalıdır. Biz Zəngəzura, Göyçəyə, İrəvana tank-topla qayıtmaq kimi populist yanaşnanı kənara qoyub, o qədim torpaqlara güclü iqtisadiyyatla, artan demoqrafik üstünlüklə, hüquqi dövlət qurmaqla dönməliyik. Bunun yolu uzundur, amma dayanıqlı və ağıllı yoldur. Bölgəmizdə gərginlikdən bəslənən bir ac "canavar" var - daha doğrusu "canavar" deyil, "ayıdır", yəni, "ayının" min oyunu gərginliyi bəsləmək üçündür, bunu bilək, buna uyğun davranaq.

Azərbaycan "de-jure" və "de-facto" ittifaqları gücləndirir, bu çox yaxşıdır, amma eyforiya da var, bu çox pisdir. Əgər Kreml seçki yolu ilə əldə edə bilmədiyini hərbi-siyasi gərginliklə əldə etsə və Köçəryan kimi canini hakimiyyətə gətirə bilsə, o zaman onun möhkəmlənməsi və nüfuzunun artması üçün bizim ərazidə də, sərhəddə də daha çox provokasiya edib bizə zərbələr endirməyə cəhd edəcəklər...”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR