"Biz satmadıqca başqalarından alırlar" dedi və istefa etdi. Pentaqonda ard-arda istefalar

2021-10-14 15:35:00

“Biz satmadıqda, Çin satır” deyərək istefa verdi

Hurriyyet.az xəbər verir ki, Pentaqonun silah satışı üzrə  məsul şəxsi Haydi Qrant “Müttəfiqlərimizə satmadığımız məhsulları rəqiblərimiz satır” deyə istefa verib.

ABŞ-ın müdafiə məhsulları satışı üzrə səlahiyyət sahibi olan Müdafiə, Təhlükəsizlik, Əməkdaşlıq Agentliyinin direktoru Haydi Qrant 15 ay ərzində çalışdığı vəzifəsindən istefa verib. O, ABŞ-ın xaricə satışda texnologiya transferinə icazə verməməklə müttəfiqlərini Çinə yönəltdiyini vurğulamışdı. Onun bu səbəbdən istefa verdiyi bildirilir.

Bazarı Çin ələ keçirir

Son 10 ildə silah və müdafiə sənayesi ixracı ilə texnologiya transferi məsələlərində məsul vəzifələrdə çalışmış Qrant ABŞ-ın digər ölkələrə silah satışındakı məhdudiyyətlərini tənqid edib, xüsusilə də PUA məsələsindəki qısqanc davranışın bazarın Çinin əlinə keçməsi ilə nəticələndiyinə işarə vurub.

Qrant 10 il əvvə dronların ABŞ ordusu üçün “tacın daş-qaşı” olduğunu xatırladaraq söyləyib: “Lakin dedik ki, texnologiyanı transfer eləməyəcəyik. Baxın görün nə oldu? Strateji rəqibimiz (Çin) bu texnologiyanı İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ-yə tədarük etdi, onlara təlim keçdi. Onun yerində biz ola bilərdik”.

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Pentqonun proqram təminatı üzrə keçmiş rəhbəri Nikolas Çeylan ABŞ-ın süni intellekt sahəsində Çindən ümidsiz şəkildə 20 il geri qalqığını, ABŞ-ın bəzi kibermüdafiə vasitələrinin “uşaq baxçası səviyyəsində” olduğunu bildirərək istefa vermişdi.

Çeylan “Financial Times Deutschland” nəşrinə müsahibəsində deyib: “ABŞ artq süni intellekt uğrunda döyüşü Çinə uduzub. Daha yaxın 15-20 il ərzində Çin ilə ciddi rəqabət aparmaq üçün heç bir şansımız yoxdur. Mən belə hesab edirəm ki, biz artıq şansımızı əldən vermişik”.

 

Hürr Tərcüman