Saat:20:35
Haqqımızda

“Biz Rusiyadan Macarıstana təhlükəsiz neft və qaz nəqli məsələsini müzakirə etdik” - Nazir

2024-07-16 22:28:33

“Biz Rusiyadan Macarıstana təhlükəsiz neft və qaz nəqli məsələsini müzakirə etdik” - Nazir

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto rusiyalı həmkarı Sergey Lavrovla Rusiya neft və qazının tədarükü məsələlərini müzakirə edib.

Hurriyyet.az “RIA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə macarıstanlı nazir jurnalistlərə açıqlamasında deyib.

“Biz Rusiyadan Macarıstana təhlükəsiz neft və qaz nəqli məsələsini müzakirə etdik”, - nazir vurğulayıb.

Siyarto bildirib ki, Rusiya nefti Macarıstanın enerji təhlükəsizliyi üçün çox vacibdir.