“Biz “Qarabağ” olaraq nöqtə transferlər etmək istəyirik”
“Bəli, biz “Qarabağ” olaraq nöqtə transferlər etmək istəyirik”.
Hurriyyet.org bildirir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın press-ateşesi Gündüz Abbaszadə deyib.
Konfrans Liqasında ölkəmizi təmsil edən Ağdam klubu hələlik 2 legioner transferi ilə yadda qalıb.Klub rəsmisi bildirib ki, onlar Kadi Borqes və Marko Veşoviçin keçidi ilə kifayətlənməyəcəklər:
“Biz yeni transferləri yalnız Premyer Liqanı düşünərək etmirik. Heyət mübarizə apardığımız bütün “cəbhələr” üçün nəzərdə tutulur.
Baş məşqçimiz Qurban Qurbanov da son mətbuat konfranslarında bildirib ki, istədiyimiz legionerləri indiki məqamda Azərbaycana gətirmək bir qədər çətindir.
Təkcə “Qarabağ”ın futbol fəlsəfəsibnə deyil, həmçinin klubun kriteriyalarına uyğun gələn futbolçular gətirmək niyyətindəyik. Bu məsələlərə çox həssaslıqla yanaşırıq.
Gec olsun, güc olsun, daha yaxşıları və istədiklərimiz olsun. Baş məşqçimizin də qeyd etdiyi kimi, istərdik ki, onlar daha əvvəl komandaya qoşulsun.
Azarkeşlərimiz heç nədən narahat olmasınlar, transfer çalışmalarımız davam edir”.