Biz nə işğalı unudacağıq, nə də verdiyimiz qurbanları
2024-07-20 17:27:30
.jpg)
Biz nə işğalı, nə onun fəsadlarını, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq.
Hurriyyet.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.
“Biz və gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcəyik. Lakin biz buna fokuslanmamalı, bu mövzunu daim istismar etməməli, daimi rəmzə çevirməməliyik. Biz irəli getməliyik”, - dövlət başçısı bildirib.
axar.az
