“Biz müharibəyə hazır vəziyyətdə olmalıyıq” — Elman Məmmədov

2022-09-07 23:23:00

“Biz müharibəyə hazır vəziyyətdə olmalıyıq” — Elman Məmmədov

“Bu gün Azərbaycan hərbi potensialını artırır və artırmalıdır. İstənilən hər hansı bir dövlət öz müstəqilliyini qoruyub, saxlamaq istəyirsə, dövlətin, millətin təhlükəsizliyini təmin etmək istəyirsə, onun hərbisi, müdafiəsi güclü olmalıdır. Allah-təala da bizə elə qonşular qismət edibdir ki, xüsusilə də, onlardan biri işğalçı, düşmən Ermənistandır. Ona görə də, biz həmişə döyüşə, müharibəyə, müdafiəyə hazır vəziyyətdə olmalıyıq. Hesab edirəm ki, bu çox vacibdir”. 

Hurriyyet.az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat qeyd edib ki,  Azərbaycan ordusunun gücü, qüdrəti, müdafiə sənayesi günü-gündən inkişaf edir:
“Azərbaycanda növbəti hərbi sərginin keçirilməsi onun hərbisinin, müdafiə qüdrətinin yüksək olmasından xəbər verir. Sərgidə Azərbaycan Müdafiə Sənayesinin istehsal etdiyi müxtəlif silah-sursatlar nümayiş olundu. Dünyanın bir çox ölkəsindən 200-dən çox şirkətin iştirak etməsi isə Azərbaycanın hərbi qüdrətinin lazımi səviyyədə olmasından xəbər verir. Biz hər zaman ordumuzu ən müasir silahlarla təmin etmək qüdrətinə, imkanına malikik və edirik də. Ona görə də, Azərbaycan Ordusu 44 günlük müharibədə nəyə qadir olduğunu göstərdi, sübut etdi. Bu gün də düşmən öz məkrli, murdar niyyətlərindən əl çəkmir, gündəlik təxribatlar törədir və ordumuz da o təxribatlara layiqli cavab verir”. 

Aynurə Pənahqızı


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000108