Saat:15:59
Haqqımızda

“Biz insanları intihara təşviq edirik” – Psixoloqdan vacib XƏBƏRDARLIQ

2022-05-07 16:07:00

“Biz insanları intihara təşviq edirik” – Psixoloqdan vacib XƏBƏRDARLIQ

“Ən böyük faktor intihar xəbərlərinin yayımlanmasıdır”.

Bu sözləri Yenisabah.az açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

Qeyd edək ki, Bakıda dünən daha bir intihar hadisəsi baş verib. 17 yaşlı qız yaşadığı binanın 13-cü mərəbəsindən özünü atıb. Bu hadisə bir neçə gün öncə baş verən hadisə ilə eynilik təşkil edir. Son vaxtlar qızlar arasında intiharın daha çox yayılması müxtəlif fikirləri ortaya çıxarır.

Elnur Rüstəmovun sözlərinə görə, stress faktoru da buna öz təsirin göstərir:

“İntiharla bağlı son illər statistikaya nəzər salsaq, sayın artdığının şahidi olarıq. Əvvəllər daha çox intihar edənlər uzun müddət xəstəlikdən əziyyət çəkənlər, tənha, zərərli vərdişləri olanlar və ya müəyyən psixoloji pozuntu olan insanlar idi. Bunlar risk qrupu hesab olunurdu. Lakin bu gün biz intihar edənlərin içərisində fərqli qrupla rastlaşırıq. Bu gün intihar edənlər yeniyetmələr, uşaqlardır.

Görürük ki, səhhətində heç birində problem yoxdur, zərərli vərdişlərə aludəçi deyil. Psixi problemi yoxdur. Belə bir mənzərə fərqli bir istiqaməti ortaya çıxarır. Bu gün stress faktorunun çox olması da öz təsirini göstərir. Stressi ailədaxili konflikt yaradır. Bir də şəxsin özünün daxili-psixoloji narahatlığı. Onu özündən başqa heç kim bilmir. Hər kəs problemin həllinə müxtəlif cür yanaşır. Elə problem olur ki, birinə kiçik, amma digər şəxsə böyükdür”.

E.Rüstəmov qeyd edib ki, aldığımız informasiyalar bu gün insanlara daha çox təsir edir:

“Bu gün stress, depressiya çoxdur. Bu gün insanlar ifrat informasiya ilə yüklənir. İnformasiya da daha çox təsir edir. Hamısının bir emosional tutumu var. Emosiyalar sürətli dəyişir.

Digər ən böyük faktor intihar xəbərlərinin manşet olmasıdır. Manşetə çıxan intihar xəbərindən sonra iki həftə ərzində eyni isiqamətdə intiharların sayı artacaq.

Dünən baş verən hadisə 4 gün bundan qabaqki ilə eynidir. Yenə də intihar ola bilər. Biz insanları intihara təşviq etmiş oluruq. İntiharla bağlı xəbərlərin paylaşılmasında diqqətli olmaq lazımdır.

Sosial şəbəkələrdə bu xəbərlər yayılır. Biz hər birimiz məsuliyyətli olmalıyıq. Bir informasiya nə qədər insanın həyatına son qoy bilər. İntiharla bağlı xəbər nə qədər gündəmdə olursa, bu cür hallar o qədər artıq. Biz psixoloji maarifləndirmə aparmalıyıq”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR