"Biz həm Putinin, həm də Zelenskinin timsalında öz düşmənlərimizi deyil, dostlarımızı görürük..."

2022-07-26 14:48:00

 

"Biz həm Putinin, həm də Zelenskinin timsalında öz düşmənlərimizi deyil, dostlarımızı görürük..."

"Qərb liderlərinin Rusiya prezidentinə münasibəti qeyri-konsruktivdir, bu, siyasətçilərə yaraşmaz..."

"Rusiya ordusunun Odessa hava limanını atəşə tutması Türkiyəni məyus edib..."

"Hər kəs öz imzasının məsuliyyətini dərk etməli və üzərinə düşən vəzifələri icra etməlidir..."

"Bizim prioritetimiz atəşin dayandırılması və dürüst, uzunmüddətli dünya düzənini təmin etməkdən ibarətdir..."

Ərdoğan gözlənilməz bəyanatla çıxış edib

Qərb liderləri Rusiya Federasiyasının prezidenti Vladimir Putinə "düzgün olmayan yanaşma" təbliğ edir və ona daha xeyirxah münasibət sərgiləməlidir.

Hurriyyet.az xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telakanalına müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı ölkələrinin Putinə münasibəti qeyri-konsruktivdir və Rusiya liderinin onların özünə münasibətini pisləşdirir.

"Biz həm Putinin, həm Zelenskinin timsalında öz düşmənlərimizi deyil, dostlarımızı görürük. Mənim fikrimcə, Qərbin Putinə münasibəti düzgün deyil. Siz Qərb siyasətçilərinin Putinə münasibətini bilirsiniz. Bu, siyasətçilərə yaraşmaz. Ona necə münasibət sərgiləyirsənsə, elə də cavab alacaqsan", - Ərdoğan qeyd edib.

Bundan başqa, Türkiyə lideri bəyan edib ki, Rusiya ordusunun Odessa ticarət limanının atəşə tutması "Türkiyəni məyus edib".

"Biz gözləyirik ki, hər kəs öz imzasına görə məsuliyyətini dərk edəcək və öz vəzifələrinə uyğun hərəkət edəcəkdir", - Ərdoğan deyib.

"Biz bu sazişə bütün elementlərilə birgə gerçəkləşdirmək əzmindəyik. Bu, bizim prioritetimizdir. Bizim priotitetimiz həm də atəşin dayandırılması və dürüst, uzunmüddətli dünya düzənini təmin etməkdir. Bu məsələdə uğursuzluq hamımızın əleyhinə işləyəcək"- o, belə deyib.

Xatırladaq ki, son bir neçə həftə ərzində Ərdoğan dəfələrlə Putin və rusiyalı diplomatlarla ünsiyyətdə olub.

Türkiyə Ukrayna taxılının Ukraynanın "Odessa", "Çernomorsk" və "Yujnıy" limanlarından ixrac edilməsi barədə 120 günlük və bu müddətinin artırılması imkanı daxil olmaqla sazişin imzalanmasında əhəmiyyətli rol oynayıb.

"Tərəflər ticarət gəmilərinə və digər mülki gəmilər və bu təşəbbüsdə iştirak edən liman qurğularına heç bir hücum həyata keçirməyəcək", - sənəddə belə deyilir.

Lakin artıq ertəsi gün səhər Rusiya Odessa limanına dörd raket zərbəsi endirib.

Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiya hakimiyyəti nümayəndələri ilə ünsiyyətdə olub və bəyan edib: Rusiya MN rəsmi nümayəndələri əmin edib ki, Odessanın dəniz limanına zərbələrə Moskvanın "heç bir aidiyyəti yoxdur".

Lakin bir sutkadan sonra Rusiya XİN rəsmisi Mariya Zaxarova Rusiyanın Odessaya zərbə endirilməsini təsdiq edib və dəqiqləşdirib ki, rusiyalı hərbçilər taxılı deyil, hərbi kateri hədəfə alıb.

"Qərb "ziyalıları"ndan fərqli olaraq, Ərdoğan kimi "təpərli oğlanlar" belə şeyləri bağışlamır. Putin dəfələrlə yanlışlıq yaparaq, anlamır ki, Qərb "botanikləri" ilə küçə qulduru üçün keçərli olanlar Ərdoğan kimi "ciddi və təpərli oğlanla" onda heç vaxt keçməyib.

Qarabağ müharibəsində Putinin rüsvaycasına öz müttəfiqi Ermənistana köməyə gəlmədiyini xatırlatmaq kifayətdir. Məni bağışlayın, amma Ərdoğan üç yerdə-Qarabağda, Suriyada və Liviyada "Putinin xayalarından möhkəm yapışa bilib". Ona görə də düşünürəm ki, "Putin pomidorlarla canını qurtara bilçəyəcək", - Rusiyanın siyasi və ictimai xadimi Andrey Piontkovski Rusiyanın "taxıl sazişinin" pozulmasını şərh edərkən buna əmin olduğunu bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.078746