“Biz geri çəkilməyəcəyik, mübarizə davam edəcək və türksüz Ermənistanımız olacaq” - Artur Vanetsyan

2022-05-25 11:45:00

“Biz geri çəkilməyəcəyik, mübarizə davam edəcək və türksüz Ermənistanımız olacaq” - Artur Vanetsyan

Bir qədər əvvəl Ermənistanın Apellyasiya Məhkəməsi prokurorun şikayətini təmin edib və blogger Mikayel Badalyanın bir ay müddətinə həbs edilməsinə qərar verib.

Xatırladaq ki, Mikayel Badalyan aprelin 22-də Azadlıq meydanından gətirilərək saxlanılıb.

“Vətən” partiyasının sədri, Milli Assambleyanın “Mənim şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan Mikayel Badalyanın həbsi ilə bağlı çıxış edib.

“Bir az əvvəl vətənsizlər məhkəməsi bir vətənpərvər oğlan Mikayel Badalyanı bir ay müddətinə həbs etdi.

Mən əminliklə və məsuliyyətlə bəyan edirəm ki, bu iş tamamilə uydurma işdir və yalnız bir məqsədi var - Vətən uğrunda döyüşən hər bir ermənini təcrid etmək.

Bu işləməyəcək, biz geri çəkilməyəcəyik, mübarizə davam edəcək və biz türksüz Ermənistana sahib olacağıq”, – Artur Vanetsyan Facebook səhifəsində yazıb.(moderator.az)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya