"Biz də bir gün, düşmənlərimizi cəzalandıra biləndə gürcülər kimi mübariz olacağıq" - ƏRƏSTUN ORUCLU

"Bu, bir daha göstərdi ki, ölkədə passionar cəmiyyət olanda onunla hesablaşmaq da qaçılmazdır"
"Dünənki günü birmənalı olaraq Gürcüstanın aktivinə yazmaq olar. Çünki bu, həm xalqın iradəsinin qələbəsi oldu, həm də hakimiyyətin ağıllı davranışı. Nəticə etibarilə qalib gələn xalq oldu, amma iqtidar da öz mövqeyindən çəkilməklə hətta uduzmağı belə zorakılıqları davam etdirməkdə üstün tutdu". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu bildirib.
Siyasi şərhçinin sözlərinə görə, bu, bir daha göstərdi ki, ölkədə passionar cəmiyyət olanda onunla hesablaşmaq da qaçılmazdır: "Bunu anlamayan hakimiyyətin heç bir perspektivi yoxdur. İndi hamımız gürcü xalqının uğurundan danışırıq və tərəfdaş, dost xalqa görə sevinirik, amma yəqin ki, çox az insanın ağlına belə suallar gəlir: Tərtərdə törədilmiş vəhşiliklər Gürcüstanda baş vermiş olsaydı gürcü xalqı onu törədənlərə nə edərdi? Bunu törədənlər illər boyu bəlli canlı kimi başını aşağı salıb heç nə olmamış kimi susa bilərdimi? Ümumiyyətlə, belə bir alçaqlığı gürcü xalqının başına gətirmək kiminsə ağlına gələrdimi? Xeyr, Gürcüstanda bunu etmək mümkün olmazdı və kimlərsə etmiş olsaydı belə, gürcülər həmin qatil çətəni meydanda od vurub yandırardı".
Ərəstun Oruclu hesab edir ki, biz də bir gün, düşmənlərimizi cəzalandıra biləndə gürcülər kimi mübariz olacağıq.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya