Saat:04:55
Haqqımızda

“Biz buna hazırıq” - Anjey Duda

2024-04-30 00:10:16

“Biz buna hazırıq” - Anjey Duda

"Ərazilərimizdə nüvə silahının yerləşdirilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib".

Hurriyyet.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda Kanadanın "CTV News" telekanalına müsahibəsində deyib.

O, NATO-nun şərq cinahını gücləndirmək qərarı verəcəyi halda öz ölkəsində nüvə silahının yerləşdirilməsi ehtimalını qiymətləndirib:

"Belə bir qərarla bağlı məlumatım yoxdur. Şüurlu olaraq bildiririk ki, belə bir qərar verilməyib, amma buna hazırıq".

Duda qeyd edib ki, nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar NATO müttəfiqləri ilə birlikdə qəbul edilməlidir.

Qeyd edək ki, Polşa lideri aprelin 22-də də ölkəsində nüvə silahının yerləşdirilməsinə hazır olduqlarını bildirmişdi.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192965