"Biz başlamamışıq..." - Putin Ukraynadakı müharibəni bitirmək istədiyini elan etdi
2023-02-10 15:15:00

“Rusiya Ukraynada davam edən müharibəni dayandırmağa çalışır”.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin məlumat verib.
O, 2014-cü ildən başlayan müharibəni bitirməyə çalışdığını deyib.
“Bir daha demək istəyirəm: biz heç bir müharibəyə başlamamışıq, onu bitirməyə çalışırıq. Bu müharibə 2014-cü ildə Ukraynada millətçilər və onların tərəfdarları tərəfindən dövlət çevrilişi həyata keçirildikdən sonra başlayıb. Hər şey bundan başladı, ondan sonra Krımda və Donbasda hadisələr baş verdi”, - Putin Rusiya aviasiya sənayesinin nümayəndələri ilə görüşündə deyib.
sfera.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya