Saat:12:25
Haqqımızda

Biz Bakı və Ankara qədər bir-birimizə yaxınıq - Polşa

2022-01-21 16:25:00

Biz Bakı və Ankara qədər bir-birimizə yaxınıq - Polşa

Polşa və Ukrayna prezidentləri xüsusi rabitə kanalı yaradacaq. Mən tezliklə Kiyevə gedəcəm, Varşavada da danışıqlar olacaq. İlk növbədə, prezidentlər arasında xüsusi kanal açılacaq.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bunu Polşa Prezident Aparatının beynəlxalq siyasət bürosunun rəhbəri Yakub Kumoç deyib.

“Polşanın NATO üzvü olması, Ukraynanın isə olmamasına baxmayaraq, bizim təhlükəsizlik maraqlarımız bir-biri ilə çox sıx bağlıdır. Bu, Türkiyə və Azərbaycan arasında mövcud olan əlaqələrlə müqayisə edilə bilər. Biz təhlükəsizlik sahəsində dialoqda maraqlıyıq. Çünki Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizin bir hissəsidir və prezidentlər bunu başa düşürlər”, - deyə o qeyd edib

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR