Saat:21:39
Haqqımızda

Birləşmiş Ştatlarda azı 170 nəfər etirazçı həbs edildi

2025-06-10 11:02:22

Birləşmiş Ştatlarda azı 170 nəfər etirazçı həbs edildi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-də Prezident Donald Trampın miqrasiya siyasətinə etiraz edənlərin azı 170 nəfəri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Axios portalının məlumatına görə, onlardan ən azı 20-si Nyu Yorkda, Trampa məxsus “Trump Tower” göydələninin yaxınlığında tutulub.
CNN kanalı isə San-Fransiskoda polisin azı 150 nəfəri saxladığını xəbər verib.
Atlanta, Sietl, Dallas, Luisvil və digər şəhərlər də daxil olmaqla, ölkə boyunca etiraz aksiyaları keçirilir. CNN kanalının məlumatına görə, Kaliforniya ştatının Los-Anceles bölgəsində 1700 nəfərə yaxın Milli Qvardiya əsgəri yerləşdirilib. ABŞ Müdafiə Nazirliyi etirazlar və iğtişaşlar səbəbindən Los-Ancelesə 700-ə yaxın Dəniz Piyadası əsgərini göndərib.
Bəlli olduğu kimi, iyunun 6-da Los-Ancelesdə qeyri-qanuni miqrantların kütləvi saxlanmasına başlanılıb; İyunun 7-də axşam saatlarında ən azı 44 nəfər immiqrasiya qanunlarını pozmaqda ittiham edilərək həbs olunub. Hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə nümayişlər və iğtişaşlar başlayıb.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.241058