Saat:11:06
Haqqımızda

"Birisi ermənilərə başa salmalıdır ki, boşuna əziyyət çəkməsinlər, o ərazilərin sahibi gələcək"

2021-09-18 16:37:00

Hurriyyet.az Tanınmış politoloq Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında 44 günlük Savaşın acınacaqlı psixoloji basqısından qurtula bilməyən Ermənistan cəmiyyətinin yersiz və məntiqsiz çırpıntılarından bəhsini təqdim edir:

"Ermənistanın iqtisadiyyat naziri Kerobyan deyib ki, Azərbaycan ərazisindən keçən Gorus- Qafan yoluna alternativ yol inşa etmək üçün 1 milyard dollar ayrılıb. Çox məsuliyyətsiz bəyanatdır və Ermənistanın özündə belə buna gülürlər. Çünki iqtisadi çöküş yaşayan bu ölkənin bu qədər pulu hardan alacağı müəmmalıdır. Lap bu işə başlasalar belə onun Ermənistana heç bir  faydası olmayacaq. Yolu inşa etmək üçün illər lazımdır və həmin ərazinin Ermənistanın kontrolunda qalacağı şübhə doğurur.  Bunu erməni keçmiş baş nazir Aram Sarkisyan da açıq söyləyib. O deyib ki, gündəmdə olan kommunikasiya xətlərinin açılması problemi müzakirə edilərkən həmin məsələni həll etmək olar. 1920 - ci ildə Ermənistana bolşeviklərin hədiyyə etdiyi Zəngəzurun bu hissəsi 1918 -ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisidir və Azərbaycan Respublikası həmin cümhuroyyətin varisi olduğunu 1991- ci il Müstəqillik Aktında elan edib. Başqa sözlə, Zəngəzurun tamamı Azərbaycana aiddir. Torpaqlarımızın geri qaytarılması mücadiləsi də verilməkdədir. İndiki halda İrəvan Türk Cümhuriyyəti də bu əraziləri İTC-nin xəritəsinə daxil edib. Birisi ermənilərə başa salmalıdır ki, boşuna əziyyət çəkməsinlər. O ərazilərin sahibi gələcək və hardan yol çəkib- çəkməyəcəyini də özü müəyyən edəcək". 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR