Saat:12:58
Haqqımızda

Birinci Varlı kəndində yanğın oldu

2025-05-28 20:56:11

Birinci Varlı kəndində yanğın oldu

Salyan rayonunun Birinci Varlı kəndində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Bu barədə Hurriyyet.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.