Birinci Qarabağ müharibəsi veteranları narazıdır - səbəb

2023-01-18 14:54:00

Birinci Qarabağ müharibəsi veteranları narazıdır - səbəb

Qarabağ müharibələri zamanı yaralanan əlillərin müavinətləri artırılıb, bəs əlilliyi olmayanlar?

Yanvarın 1-dən dövlət müxtəlif kateqoriyaya aid altı minə yaxın vətəndaşın təqaüdünü, müavinətini və əmək haqqını  artıb. Onlar arasında keçmiş hərbiçilər də var. SSRİ-nin Almaniyaya qarşı müharibəsinin veteranlarına ödənişlər artıb (ayda 330 manat, 2022-ci ildə 81 nəfər). Qarabağ müharibələri zamanı yaralanan əlillərin müavinətləri artırılıb.

Amma dövlət Qarabağ müharibələrinin əlilliyi olmayan veteranlarını unudub. Bu kateqoriyaya aid vətəndaşlar ayda 30, sonradan 50 manat ölçüsündə veteran təqaüdü alırdılar. 1 aprel 2019-cu ildən etibarən Prezidentin fərmanı ilə Qarabağ veteranları üçün 80 manat ölçüsündə prezident təqaüdü təsis edilib. Fərmanda deyilir ki, təqaüd kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətin əvəzinə verilir.

Amma 2019-cu ildən bütün kommunal xərclər bir neçə dəfə artıb, veteranların pensiyasına əlavə olaraq verilən prezident təqaüdü isə dəyişməyib. Hazırda Azərbaycanda 70 minə yaxın Birinci Qarabağ müharibəsi veteranı yaşayır. Onların bəziləri işləmir, bəziləri xəstədir, ağır müharibə illərində sağlamlıqlarını itiriblər. Azərbaycanda minimum pensiya cəmi 280 manat olduğu üçün bu insanların bəziləri üçün veteran təqaüdü əhəmiyyətli ola bilər.

“Qorqud” Tədqiqat Mərkəzinin rəhbəri, Ehtiyatda Olan Zabitlər Təşkilatının idarə heyətinin üzvü Tərlan Eyvazov “Turan”a açıqlamasında deyib ki, 80 manat aylıq veteran təqaüdü artan kommunal xərcləri qarşılamır. Bir halda ki, prezidentin fərmanında təqaüd bununla izah olunur.

“Elektrik enerjisi, su, internet, qaz, telefon, nəqliyyat - hamısı çox bahalaşıb. Pensiya islahatı nəticəsində 200 min veteran və müharibə əlili təqaüddən məhrum edilib. Dövlət bundan qənaət etdiyi pulu indi  əhalinin dördüncü sosial müdafiəsi paketi kimi qələmə verir.

Hökumət hər şeyin artan qiymətini hesablamalı və veteranlar üçün prezident təqaüdünün yeni ölçüsünü müəyyən etməlidir. Hesab edirəm ki, yeni qiymətlərə adekvat təqaüd ödənilməlidir, yəni artım ən azı 50% olmalıdır (ayda 160 manat)", - deyə T.Eyvazov bildirib.

2019-cu ildə veteran təqaüdlərinin artımı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş əməkdaşı Üzeyir Cəfərovun təşəbbüsü ilə baş verib. O, “Turan” a  bildirib ki, veteran təqaüdləri mütləq artırılmalıdır. “2016, 2020 və 2022-ci illərin hərbi hadisələrinin bir çox iştirakçıları müharibə veteranı adı almayıb ”, deyə o qeyd edib. Üzeyir Cəfərov veteranların Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarına ayrılmasını doğru hesab etmir. Bu, böyük nəsil veteranların narazılığına səbəb olur. Bəziləri üçün 50 manatlıq prezident təqaüdü bütün xərcləri qarşılamaq üçün yeganə mənbədir. “Veteran təqaüdünü ayda 160 manata qədər artırmaq doğru olardı”, - deyə Ü.Cəfərov qeyd edib.

Qarabağ qaziləri” birliyinin sədri Asəf Əliyevin ad günüdür - TƏBRİK

Asəf Əliyev

“Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hər il müharibə veteranlarının, şəhid ailələrinin, Qarabağ veteranlarının, Qarabağ müharibəsi əlillərinin, 1941-45-ci il müharibəsi iştirakçılarının, Çernobıl əlilləri ilə bağlı büdcədə nəzərdə tutulmuş məbləğdə pensiyalar artırılır: “Bu il də yanvarın 1-dən qərar qəbul olundu, müharibə, şəhid ailələri üçün nəzərdə tutulan təqaüdlərdə artımlar oldu. Misal üçün, birinci qrup əlillərə 100 manat, ikinci qrup əlillərə 50 manat, 3-cü qrup əlillərə isə 30 manat artımlar olundu. Pensiyalarda da artımlar olacaqdı. Bu məsələdə biz də çox narazı olduq. Düzdür, hələ ki araşdırmalar gedir. Ümid edirik ki, müharibə veteranlarının da pensiyaları artacaq. Təyin olunmuş prezident təqaüdü  vaxtilə 55 manat idi, son vaxtlar onları 80 manata qaldırıblar. Mənə elə gəlir ki, onların da təqaüdlərinə artımlar olacaq. Ona görə ki, o insanları yaddan çıxarmaq olmaz. Onlar da vətən, torpaq uğrunda canlarını qoyan insanlardır. Həmin veteranlardır ki, vaxtilə onlar olmasaydı, müharibədən salamat çıxa bilməzdik. Biz yaralanıb huşumuzu itirəndə, hərəkətsiz qalanda həmin veteranlar bizi oradan xilas ediblər. Həmin veteranlara da qiymət vermək dövlətin və bütün insanların borcudur. O cümlədən də biz qazilərin. Ona görə ümidliyəm. Əvvəllər imtiyazlar var idi. Verilən o imtiyazlar, güzəştlər verilən o 80 manatdan qat-qat üstün idi. Onlar kommunal xərclər, müayinələr, vergilərdən azad idi. Onları da hesablayanda, indi rəqəmlərlə müqayisə edəndə onun kifayət qədər məbləğ olduğu görünür. O insanlara qiymət vermək hər bir vətəndaşın, o cümlədən dövlətin borcudur. İndi araşdırmalar gedir. Birinci Qarabağ müharibəsi veteranları, aprel döyüşçüləri, İkinci Vətən savaşı veteranları ilə bağlı hələ ki təyinatlar gedir. Hələ tam dəqiqliklə veteran statusu da verilməyib, çünki çoxu veteran statusu almayıb. Hazırda nazirlikdə müzakirələr gedir, kimlərə veteran adı verilsin və vəsiqələri təqdim olunsun. Fikrimcə, bunların hamısı hesablanıb, ölkəmizin ərazi bütövlüyünün qorunmasında nə qədər ki, iştirak etmiş, müharibədə iştirak etmiş müharibə veteranımız var, onların da təqaüdləri qaldırılacaq”. 

Cəlil Xəlilov (polkovnik) — Vikipediya

Cəlil Xəlilov

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Prezident İlham Əliyevin sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına verilən Prezident təqaüdünün məbləği artırılıb: “Dövlət başçısının digər bir sərəncamı ilə şəhid ailələri üçün aylıq təqaüdün məbləği də artırılıb. Prezidentin bu sərəncamları dövlətin veteran və şəhid ailələrinə qayğısının və diqqətinin növbəti təzahürüdür. İstər İkinci Dünya müharibəsi iştirakçılarına verilən prezident təqaüdünün, istərsə də şəhid ailələrinə verilən aylıq təqaüdün artırılması hər şeydən əvvəl dövlət başçısının bu insanlara olan qayğısının göstəricisidir. Hər iki sərəncam ”Heydər Əliyev İli"ndə məlum kateqoriyadan olan vətəndaşlarımız üçün töhfə oldu. Bu fakt bir daha sübut edir ki, dövlətimiz onun müdafiəsində xidməti olan insanların fədakarlığını, xidmətlərini heç vaxt unutmur və daim həmin şəxsləri diqqət mərkəzində saxlayır. Bununla belə, biz Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatı adından veteran və şəhid ailələri ilə bağlı sərəncamlara görə Prezident İlham Əliyevə minnətdarlığımızı ifadə edirik. Həmçinin bildiririk ki, hər zaman olduğu kimi, bundan sonra da dövlət maraqlarımızın, milli mənafelərimizin müdafiəsində yaxından iştirak edəcək, dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin tərəqqisi uğrunda səylə çalışmaqda davam edəcəyik".

Ekspert veteranların narazılığı ilə bağlı məsələyə də münasibət bildirib: “O vaxt, sovet dövründə bizə həm kommunal xərclərə 50 faiz, həm də ev kirayəsi üçün 50 faiz güzəştlər edilirdi. O güzəştlər ləğv olunandan sonra bunu pulla əvəz etdilər. Bir müddət bizə 25 manat verdilər. Bahalaşma oldu, 50 manata qaldırdılar, daha sonra 80 manata qaldırdılar. İndi biz sağlam veteranıq. Bu təqaüdü əlillik dərəcəsi olanlar da alır, onlar əlavə olaraq əlilliyə görə də müavinət alır. Sağlam olanlara yalnız onu verirlər, narazılıq da ondan ibarətdir ki, müavinətlərin məbləği qaldırılsın. Fikrimcə, gələcəkdə buna baxılacaq. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz bu məsələni qaldırmışıq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müzakirələr aparırıq, yaxın vaxtlarda məsələyə baxılacağı bildirilib”.  Nəzərə çatdıraq ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği yanvarın 1-dən 330 manat müəyyənləşdirilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.204675