Saat:15:16
Haqqımızda

Birinci Qarabağ müharibəsi vaxtı tam blokadada olan Ermənistanı İran bu yolla xilas edib – ŞOK DETALLAR

2021-09-16 11:50:00

Birinci Qarabağ müharibəsi vaxtı tam blokadada olan Ermənistanı İran bu yolla xilas edib – ŞOK DETALLAR

“Sağ xətt boyunca irəliləyən Gorus-Qafan yolu, dövlətlərarası M2 yoludur. Yolun əhəmiyyəti odur ki, birinci Qarabağ müharibəsi dövründə Ermənistan tam blokada vəziyyətinə salındıqdan sonra İran onu bu yol vasitəsilə xilas edə bilib”.

Hurriyyet.az xəbər verir ki, bu barədə açıqlamasında Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli fikir səsləndirib.  O bildirib ki, qarşıdan qış gəlir və bu yol Ermənistanın enerji təchizatında qan damarı rolunu oynamaqdadır: “İran-Ermənistan ticarət dövrisyyəsi illik 400 milyon dollar civarındadır. Bu malların 18 faizi təbii qazdan gələn gəlirdir. Vəziyyətdən çıxmaq üçün Ermənistan hakimiyyəti Gorus – Qafan yoluna alternativ sayılan 68 km-lik yolun çəkilişinə start verib. Lakin proses o qədər ləng gedir ki, başa çatacağına ümid qalmayıb”.

Sosial Tədqiqatlar Mərkəzinin bu il üçün əsas hədəfləri hansılardır? -  Açıqlama | Hafta.az

Əziz Əlibəylinin sözlərinə görə, yolun 6 kilomterlik hissəsində de-fakto TIR-lar hərəkət edən deyil: “Ən maraqlısı odur ki, Ermənistanın üç əsas beynəlxalq yolu var: üçü də bizim nəzarətimizə düşür. Biri bu yoldur! Digəri Gürcüstanla əsas əlaqə yoludur ki, Qazaxın hazırda işğal altında olan kəndlərindən keçir! Sonuncu yol isə Mehri- İrəvan yoludur ki, o da Naxçıvanın işğal altında olan Kərki kəndindən keçir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR